• cümə, 29 Mart, 11:54
  • Baku Bakı 5°C

Misirdə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılıb

14.01.19 10:00 337
Misirdə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılıb
Misirin Nümayəndələr Palatası prezident Əbdül Fəttah Əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə imzaladığı fərmanı təsdiq edib.
AZƏRTACTASS-a istinadla xəbər verir ki, bu barədə "Al Youm As Sabi” portalı məlumat yayıb.
Fərmanda bildirilir ki, ölkənin silahlı qüvvələr və polis təhlükəsizliyi təmin etməli, dövlət və özəl mülkləri qorumalı və terrorizmlə mübarizədə lazımi tədbirlər görməlidir.
Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət 2017-ci ilin aprelində Tanta və Aleksandriya şəhərlərindəki xristian kilsələrində terror aktları baş verəndən sonra elan edilib.
banner

Oxşar Xəbərlər