• şənbə, 20 Aprel, 15:45
  • Baku Bakı 23°C

Misirdə ev heyvanları üçün ilk otel açılıb

23.08.19 18:51 4717
Misirdə ev heyvanları üçün ilk otel açılıb
Misirin tanınmış Hurqada kurort şəhərində ev heyvanları üçün ilk otel açılıb.
AZƏRTACyerli KİV-ə istinadla xəbər verir ki, yeni otel turistlərin özləri ilə istirahətə gətirdikləri müxtəlif ev heyvanları üçün rahat nömrələr təklif edir. Burada heyvanlar üçün oyun meydançaları, su hovuzu və baytarlıq klinikası var. Xüsusi restoranda isə heyvanlar üçün toyuq əti, balıq və digər qida məhsullarından ibarət menyu hazırlanıb. İtlər üçün mühafizə xidmətləri və peşəkar kinoloqların keçirəcəyi tədris oyunları da nəzərdə tutulur.
Qırmızı dəniz baytarlar assosiasiyasının başçısı Vahid Rifaat bildirib ki, bir çox turistlər sevimli ev heyvanlarını evdə qoyub gələ bilmədikləri üçün Hurqadaya gətirirlər və onlar otellərin heyvanları qəbul etməmək problemi ilə üzləşirlər. Yeni yaradılan otelin əsas məqsədi bu problemin həll edilməsi və turistlərin istirahəti üçün hər cür şəraitin yaradılmasıdır.
banner

Oxşar Xəbərlər