• çərşənbə, 24 Aprel, 03:43
  • Baku Bakı 14°C

Misirdə dəhşət

14.08.13 14:09 1519
Misirdə dəhşət
Misir ordusu bu gün səhərdən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Məlumata əsasən, etirazçıları dağıtmaq üçün hərbi texnika və odlu silahdan istifadə edilir.
Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 300-ə yaxın insan həyatını itirib, 1500-dən artıq insan isə yaralanıb.
Qeyd edək ki, Məhəmməd Mursinin tərəfdarları onun yenidən prezident vəzifəsinə gətirilməsi və Konstitusiyanın bərpa edilməsi tələbi ilə etiraz aksiyaları keçirir.
Xatırladaq ki, iyulun 26-da Misir məhkəməsi aparılan araşdırma çərçivəsində ölkənin ordu tərəfindən devrilmiş Prezidenti Məhəmməd Mursiyə 15 sutkalıq həbs cəzası verilməsi barədə qərar qəbul edib. Telekanalın məlumatına görə, məhkəmə Mursini HƏMAS hərəkatı ilə əməkdaşlıq etməkdə, həmçinin 2011-ci ildə inqilab zamanı həbsxanadan qaçışda təqsirli bilib.
banner

Oxşar Xəbərlər