• çərşənbə, 24 Aprel, 17:40
  • Baku Bakı 27°C

Misirdə Afrika Kubokuna start verilib

22.06.19 11:45 628
Misirdə Afrika Kubokuna start verilib
İyunun 22-də Misirdə Afrika Kubokuna start verilib.
AZƏRTACxəbər verir ki, paytaxt Qahirədə yerləşən beynəlxalq stadionunda baş tutan çempionatın açılış mərasimində Misirin prezidenti Əbdülfəttah əs-Sisi də iştirak edib.
Açılış görüşdə A qrupunda yer alan Misir yığması Zimbabve millisi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi ilə yadda qalan görüş Misir seçməsinin qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi Trezeqe olub.
Qrupun digər oyunu iyulun 22-də Konqo və Uqanda milliləri arasında təşkil olunacaq.
Qeyd edək ki, turnirdə ilk dəfə olaraq 24 komanda iştirak edir.
banner

Oxşar Xəbərlər