AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Misirdə 80 il ərzində sərmayə qoyulmayan dəmir yolunun inkişafı strateji əhəmiyyət daşıyır

Misirdə 80 il ərzində sərmayə qoyulmayan dəmir yolunun inkişafı strateji əhəmiyyət daşıyır

Təfsilat
24 Yanvar 2021, 19:15 239
Misir Prezidenti Əbdülfəttah əl-Sisi ölkənin iqtisadi tərəqqisi sahəsində həyata keçiriləcək mühüm layihələrdən bəhs edərkən vurğulayıb ki, əhalinin sayının sürətlə artması və ailə planlaması, reproduktiv sağlamlıq kimi məsələlərə diqqət yetirilməsi bu məsələdə mühüm rola malikdir. O əlavə edib ki, 110 milyondan artıq əhalisi, buna rəğmən az əkin sahələri və zəif infrastrukturu olan Misirdə iqtisadi inkişafın əsas parametrləri müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, Fayruz Balıqçılıq Kompleksinin açılışında çıxış edən Misir Prezidenti əsas problemin – enerji təchizatının həll olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, əvvəllər bir çox yaşayış məntəqələrində elektrik enerjisi sıxıntısı olan ölkə hazırda onu qonşu dövlətlərə ixrac edir. Prezident əl-Sisi dəmir yolu şəbəkəsinin genişləndirilməsini də mühüm vəzifə kimi qarşıya qoyub. Əlavə edib ki, 80 il ərzində sərmayə qoyulmayan bu sahənin inkişafı strateji əhəmiyyət daşıyır. Bu məqsədlə Almaniyanın "Siemens” şirkəti ilə 1 min kilometr uzunluğunda sürətli qatar xəttinin çəkilməsi və müasir qatarların alınmasına dair saziş imzalanıb. Misir hökuməti layihənin ilk mərhələsinə 10 milyard dollar sərmayə qoymağı nəzərdə tutur. Dəmir yolu xəttinin keçəcəyi 1500 kəndin abadlaşdırılması və yeni infrastrukturun yaradılması istiqamətində də işlər görüləcək.