• cümə axşamı, 25 aprel, 20:03
  • Baku Bakı 21°C

Misir Rusiya ilə oyunun hakimindən şikayət edəcək

22.06.18 10:35 813
Misir Rusiya ilə oyunun hakimindən şikayət edəcək
Misir Futbol Assosiasiyası Rusiya ilə oyundakı hakim idarəçiliyindən narazı qalıb
Kaspi.az xəbər verir ki, Misir FİFA-ya şikayət etməyi planlaşdırır. Bu barədə federasiya prezidenti Hani Abo Rida məlumat verib. O, bildirib ki, xüsusən iki epizodla bağlı kəskin narazılıqları var:
"Hakimlərdən FİFA-ya şikayət edəcəyik. Marvan Mohsen cərimə meydançasında yıxılarkən hakim VAR sistemindən yararlanmadı. Amma orda təmiz penalti vardı.
Əhməd Fəthinin avtoqolu zamanı ona qarşı kobudluq edilmişdi. Ancaq hakim bu məqamı da nəzərə almadı. Biz, şikayət etmək hüququmuzdan imtina etməyəcəyik”.
Misir Rusiyaya 1:3 hesabı ilə məğlub olaraq, qrupdan çıxmaq şansını itirib.
banner

Oxşar Xəbərlər