• çərşənbə, 08 May, 16:40
  • Baku Bakı 16°C

Misir prezidenti Şahin Mustafayevi qəbul edib

22.02.18 20:28 469
Misir prezidenti Şahin Mustafayevi qəbul edib
Bu gün Misir prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevi qəbul edib.

Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycan prezidentiİlham Əliyevin salamlarını və məktubunu Misir prezidentinə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan ilə Misir arasında hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Ş. Mustafayev vurğulayıb ki, bu islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.

Görüşdə Ermənistan-AzərbaycanDağlıq Qarabağmünaqişəsinə də toxunulub. Qeyd olunub ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq ərazilərimizi işğal altında saxlamaqda davam edir.

Ş. Mustafayev Misirə səfəri çərçivəsində keçirdiyi görüşlər, Müştərək Komisiyanın iclası və imzalanacaq sənədlər barədə Misir prezidentinə məlumat verib.

Bu ilin mart ayında Misirdə prezident seçkilərinin keçiriləcəyi barədə məlumatlı olduğunu qeyd edən İqtisadiyyat naziri prezident Əbdülfəttah əs-Sisiyə uğurlar arzulayıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisi diqqətə çatdırıb ki, rəsmi Qahirə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Misir və Azərbaycan xalqlarının dost və qardaş xalqlar olduğunu vurğulayan Misir prezidenti ölkəsinin çətin vaxtlarında göstərilən köməyə görə Azərbaycan xalqına və şəxsən prezidentİlham Əliyevə minnətdarlığını bildirib.

Misir prezidenti onun salamlarını Azərbaycan prezidentiİlham Əliyevə çatdırmağı xahiş edib və qarşıdan gələn prezident seçkilərində dövlətimizin başçısına uğurlar arzulayıb.
banner

Oxşar Xəbərlər