• cümə, 29 Mart, 18:18
  • Baku Bakı 14°C

Misir parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək

18.09.18 15:00 315
Misir parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək
Misir parlamentinin Nümayəndələr Palatasının nümayəndə heyəti Bakıya səfər edəcək.
AZƏRTACxəbər verir ki, parlamentin birinci vitse-spikeri Səyyid Əhməd Şərifin başçılıq etdiyi nümayəndə heyətinə qanunverici orqanın dini məsələlər üzrə komitəsinin sədri və Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Usama Al-Adb, deputat Şükri al Cundi də daxildir.
Səfərin məqsədi Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubiley tədbirində iştirak etməkdir. Misir nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər