• çərşənbə, 24 Aprel, 20:25
  • Baku Bakı 23°C

Misir ordusunun keçirdiyi əməliyyat zamanı 16 terrorçu məhv edilib

11.02.18 15:00 544
Misir ordusunun keçirdiyi əməliyyat zamanı 16 terrorçu məhv edilib
Misir hərbiçilərinin ölkənin Daxili İşlər Nazirliyinin dəstəyi ilə Sinay yarımadasının şimalında və mərkəzi hissəsində keçirdiyi irimiqyaslı antiterror əməliyyatı nəticəsində 16 ekstremist məhv edilib, dörd terrorçu həbs olunub və otuzdan çox şübhəli şəxs saxlanılıb.
Misir Silahlı Qüvvələrinin bununla bağlı bəyanatında qeyd edilir ki, terrorçuların istifadə etdiyi 66 obyektə zərbələr endirilib və 12 partlayıcı qurgu zərərləşdirilib. Həmçinin partlayıcı maddələr, silah və hərbi sursat bazaları, partlayıcı maddələrin hazırlanması üçün gizli laboratoriya və onlarla nəqliyyat vasitəsi məhv edilib.
Qeyd edək ki, Prezident Əbdülfəttah əs-Sisinin tapşırığına uyğun olaraq Misir ordusu Sinay yarımadasının şimalında və mərkəzi hissəsində, həmçinin Nil çayının delta rayonunda və qərbdəki səhralıq rayonlarda fevralın 9-da irimiqyaslı "Sinay 2018” antiterror əməliyyatına başlayıb.
banner

Oxşar Xəbərlər