AZE | RUS | ENG |


Misir OPEK+ razılaşmasına qoşulmayacağını bəyan edib

Misir OPEK+ razılaşmasına qoşulmayacağını bəyan edib
Misir neft hasilatının həcminin azaldılmasına dair OPEK və təşkilata üzv olmayan bir neçə digər ölkələr arasında imzalanan razılaşmaya (OPEK+) qoşulmamağı planlaşdırır.  APA-nın "Blumberq”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Şərif İsmayıl bildirib.  
 
"Misir OPEK+ sazişinə qoşulmayacaq, çünki ölkə demək olar ki, heç nə ixrac etmir, hasil edilən xammalın xeyli hissəsi yerli neft emalı zavodlarında istifadə olunur”, - deyə Şərif İsmayıl bildirib.      
 
"İxrac olunan həcm diqqətəlayiq deyil və bazarlara təsir etmir. Tədarük həcmlərinin  azaldılmasından danışılırsa, bu bir-iki mln. barel ixrac edən ölkələrə aid edilməlidir”, - deyə baş nazir qeyd edib.   
 
Qeyd edək ki, OPEK və neft hasil edən bir sıra ölkələr 2016-cı ilin sonlarında neft hasilatının 1,8 milyon barel azaldılması barədə razılığa gəliblər.  Razılaşma 6 ay üçün nəzərdə tutulub, daha sonra 2018-ci ilin martına qədər uzadılıb. Azərbaycan da bu razılaşmaya imza atıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6539
GBP 1 İngilis funt sterlinqi 2.2653
TRY 1 Türk lirəsi 0.4424
KWD 1 Küveyt dinarı 5.6250
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 1.9983
CHF 1 İsveçrə frankı 1.7166
USD 1 ABŞ dolları 1.7001