• cümə, 29 Mart, 09:48
  • Baku Bakı 5°C

“Misir münaqişənin Azərbaycan xalqının arzusuna uyğun həll olunmasını istəyir”

22.02.18 14:10 496
“Misir münaqişənin Azərbaycan xalqının arzusuna uyğun həll olunmasını istəyir”
Misirə səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevbu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və gələcək perspektivləri müzakirə edilib, Misir ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi qeyd olunub.
İqtisadiyyat naziri Ş. Mustafayev Azərbaycanın Ermənistan istisna olmaqla bütün ölkələrlə mehriban əlaqələr qurduğunu və münasibətləri inkişaf etdirmək niyyətini diqqətə çatdırıb. Ş. Mustafayev vurğulayıb ki, Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzünə məruz qalaraq torpaqlarının 20 faizini itirib: "BMTTəhlükəsizlik Şurası Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnamə qəbul edib. Lakin Ermənistan AzərbaycanınDağlıq Qarabağbölgəsini və ətraf rayonlarını hələ də işğal altında saxlayır. Bu gün Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsindədir. Azərbaycanın güclü ordusu var və istənilən zaman erməni işğalındakı torpaqlarını azad etmək iqtidarındadır. Bununla belə, Azərbaycan prezidenti sülh danışıqlarına və beynəlxalq hüquqa sadiq qalaraq münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır”.
S. Şükri Azərbaycana səfər etmək arzusunda olduğunu nəzərə çatdıraraq dost və qardaş Azərbaycanın uğurlarından məmnunluğunu ifadə edib. S. Şükri rəsmi Qahirənin Azərbaycanın sülh addımlarını dəstəklədiyini vurğulayıb.
Misirin xarici işlər naziri Ermənistan-AzərbaycanDağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəklədiyini bildirib: "Misir bu münaqişənin beynəlxalq hüquq və Azərbaycan xalqının arzusuna uyğun şəkildə həll olunmasını istəyir”.
Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafinda da fikir mübadiləsinin aparıldığı görüşdə Misirin sərmayələr və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasir və Azərbaycanın Misirdəki səfiri Tural Rzayev də iştirak edib.
banner

Oxşar Xəbərlər