Misir Mərdanov nazir vəzifəsindən azad edildi

Misir Mərdanov nazir vəzifəsindən azad edildi

Cəmiyyət
19 Aprel 2013, 14:53 1709
Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib.

İlkin məlumatlara görə, Misir Mərdanov Milli Elmlər Akademiyasında Riyaziyyat İnstitununun direktoru vəzifəsinə təyin edilir. Onun yerinə təyin olunan Mikayıl Cabbarov vaxtilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsində çalışıb. 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib.