Misir Mərdanov Məleykə Abbaszadənin cavabını verdi

Misir Mərdanov Məleykə Abbaszadənin cavabını verdi

Cəmiyyət
27 Noyabr 2012, 10:14 1308
Təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı müəllim” və “İlin ən yaxşı məktəbi” müsabiqəsinin keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib. Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, əslində o tədbirdə elə deyilməyib: “Amma mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar”.

Misir Mərdanov TQDK-nın 20 illik yubileyi çərçivəsində təşkil olunan dəyirmi masada nazirlik nümayəndələrinin iştirak etməməsi məsələsinə də aydınlıq gətirib:

“Onların dəvət olunub-olunmadığını bilmirəm. Amma düşünürəm ki, yəqin, dəvət olunsaydılar, nazirlik nümayəndələri o tədbirdə iştirak edərdilər”.