Misir Mərdanov institut direktoru olacaqmı?

Misir Mərdanov institut direktoru olacaqmı?

Cəmiyyət
26 Aprel 2013, 12:40 1203
Bunu APA-ya müsahibəsində AMEA prezidenti Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, belə bir söhbəti o da eşidib: "Amma bu məsələni dövlət, ölkə prezidenti həll edir. Bu gün bununla bağlı dəqiq söz demək mümkün deyil. Misir Mərdanovun Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin ediləcəyi haqqında rəsmi təklif yoxdur”.

Qeyd edək ki, M. Mərdanovun AMEA Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin ediləcəyi barədə bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılıb.

Mexanika və Riyaziyyat İnstitutunun direktoru Akif Hacıyev AMEA-nın aprelin 24-də keçirilən illik ümumi iclasında qurumun vitse-prezidenti və Akademiyanın Mexanika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi təyin olunub. Hazırda onun institutdakı direktor yeri boşdur.