• cümə, 26 Aprel, 06:53
  • Baku Bakı 12°C

Misir Mərdanov baş redaktor oldu

08.11.13 11:43 1301
Misir Mərdanov baş redaktor oldu
“Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının redaksiya heyətinin tərkibində dəyişiklik edilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, riyaziyyat üzrə elmlər doktoru Misir Mərdanov “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru təyin olunub.
Vəfatı ilə əlaqədar olaraq AMEA-nın müxbir üzvü Bala İsgəndərov, riyaziyyat üzrə elmlər doktoru Məlik-Baxış Babayev və riyaziyyat üzrə fəlsəfə doktoru İsak Məmmədov jurnalın redaksiya heyətinin tərkibindən çıxarılıb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında da qəbul olunub.
banner

Oxşar Xəbərlər