• şənbə, 20 Aprel, 02:54
  • Baku Bakı 15°C

Misir Mədəniyyət günü keçirilib

12.01.17 17:52 1981
Misir Mədəniyyət günü keçirilib
Xəzər Universitetinin Dünya Məktəbində Misir Mədəniyyət günü keçirilib. "Elçi daşı” layihəsi çərçivəsində həyata keçirilən tədbirin məqsədi Azərbaycandakı səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə bərabər əməkdaşlıq etmək, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.
Tədbirdə Misirin Azərbaycandakı Fövqəladə və səfiri Suzan Cəmil, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, İordaniyanın, Sudanın səfirləri və Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Əlcairin və digər ərəb ölkələrinin səfirliklərinin nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, professor Nizami Cəfərov, Xəzər Universiteti və Dünya məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı və digər şəxslər iştirak ediblər. Çıxışlarda Azərbaycanla Misirin müştərək mədəni bağlarından, dost ölkə olaraq münasibətlərindən söz açılıb. Çoxlu sayda qonaqların və media mənsublarının iştirak etdiyi tədbirdə qədim ərəb əfsanəsi "Leyli və Məcnun”un klassik ədəbiyyatımızda özünəməxsus yerindən bəhs edilib. Şagirdlərin ifasında Məhəmməd Füzulinin "Leyli və Məcnun” poemasından səhnələşdirilmiş parça hər kəsdə maraq yaradıb. Eyni zamanda, "Misir şagirdlərin gözü ilə” başlığı altında uşaqların rəsm əsərləri və inşa yazılarından ibarət sərgi, Misir haqqında təsəvvürləri genişləndirən eksponatlardan ibarət sərgi də yüksək dəyərləndirilib.


banner

Oxşar Xəbərlər