• cümə, 19 Aprel, 03:34
  • Baku Bakı 18°C

Misir gimnastları Bakıda beynəlxalq turnirdə iştirak edəcək

02.08.18 13:35 650
Misir gimnastları Bakıda beynəlxalq turnirdə iştirak edəcək
2018-ci il 18-19 avqust tarixlərində Azərbaycan Gimnastika Federasiyasının təşkilatıçılığı ilə "Gymbala 2018” fərdi və qrup mərhələlərində keçiriləcək beynəlxalq turnirdə Misir Ərəb Respublikasından olan 16 yaşlılardan ibarət milli gimnastika komandası iştirak edəcək.
Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim Azərbaycanda gimnastika sahəsində aparılan işləri yüksək qiymətləndirərək Misirin bədii gimnastika üzrə milli komandasının turnirdə iştirakını təşkil etdiyinə görə şəxsən Azərbaycan Respublikasının Vitse-Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimova öz təşəkkürünü bildirir və Misir gimnastlarını Azərbaycanlı gimnastların təcrübələrindən istifadə etməyə çağırır.
Qeyd edək ki, bədii gimnastika üzrə Misir milli komandası 2016-2018-ci illər Afrika kubokunun sahibidir.
banner

Oxşar Xəbərlər