Misir gənclər təşkilatları ilə əməkdaşlıq haqqında təkliflər müzakirə olunub
Misir Ərəb Respublikasının Azərbaycandakı
Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi
ilə millət vəkili, "Böyük İpək yolu” Gənclər Birliyinin sədri Fuad Muradov
arasında görüş keçirilib. Gənclər Təşkilatının sədri, millət vəkili Fuad
Muradov təşkilatın yaranmasından, fəaliyyətindən, Böyük İpək Yolu ölkələrində
keçirilən tədbirlər haqqında geniş məlumat verib. Səfirlikdən "Kaspi”ə daxil
olan məlumata görə, söhbət zamanı Misir Mədəniyyət və Təhsil Əlaqələri
Mərkəzinin müdiri Əhməd Sami Elaydi "Böyük İpək Yolu” Gənclər Təşkilatının
fəaliyyətini yaxından izlədiyini vurğulayıb və Mərkəzin Azərbaycanda
fəaliyyətindən danışıb, həyata keçirdiyi işlər barədə məlumat verib. Görüş
zamanı tərəflər arasında müştərək tədbirlərin təşkil olunması, Misir gənclər
təşkilatları ilə əməkdaşlıq haqqında təkliflər müzakirə olunub.