• cümə, 19 Aprel, 17:49
  • Baku Bakı 25°C

“Misir gənc Azərbaycan rəssamlarının gözü ilə”

16.10.17 15:10 2552
“Misir gənc Azərbaycan  rəssamlarının gözü ilə”
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əməkdaşlığa əsasən "Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi-müsabiqə keçirilməsi elan olunur.
Sərgidə 16-30 yaş arası gənc rəssamlar iştirak edə bilərlər. Hazırlanmış işlər 30 noyabr 2017-ci il tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq Şöbəsinə təhvil verilməlidir. Qaliblər Misirə səyahətlə mükafatlanırılacaq və bütün iştirakçılara sertifikat veriləcəkdir. Həmçinin Misirin Qahirə şəhərində seçilmiş işlərdən ibarət sərgi baş tutacaq və bir qrup rəssamın Misirə səfəri təşkil olunacaqdır.
Əlavə məlumat üçün:
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi (+99412) 561 12 17
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (+99412) 5676603
banner

Oxşar Xəbərlər