• cümə axşamı, 25 aprel, 09:39
  • Baku Bakı 14°C

Misir dünya çempionu ola bilər

01.06.18 13:10 791
Misir dünya çempionu ola bilər
Ukrayna yığmasının sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Əliyev dünya çempionatı ilə bağlı fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Əliyev mundialın favoriti hesab etdiyi komandaların adlarını açıqlayıb. O, dünya çempionatında sürpriz komandanın da qalib ola biləcəyini vurğulayıb:
"Dünya çempionatının favoritləri Almaniya, Fransa və Argentinadır. Misir də mundialın qalibi ola bilər.
Niyə də yox? Məgər Misir zəif komandadır? Yunanıstanın Avropa çempionu olacağını kim proqnozlaşdıra bilərdi? Heç kim.
Kim deyə bilərdi ki, Portuqaliya Fransada Avropa çempionu olacaq? Futbol, proqnozlaşdırılması mümkün olmayan oyundur”.
banner

Oxşar Xəbərlər