• cümə, 29 Mart, 05:20
  • Baku Bakı 7°C

Misir Azərbaycanı Beynəlxalq Kino Festivalına dəvət edib

17.10.18 13:22 532
Misir Azərbaycanı Beynəlxalq Kino Festivalına dəvət edib
Misir Azərbaycanı 2019-cu ilin 3-9 mart tarixlərində keçiriləcək III Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalında iştirak etməyə dəvət edib. Bu barədə Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim mətbuata açıqlamasında bildirib.
Səfir Adil İbrahim qeyd edib ki, festival rəhbərliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək onu fəxri qonaq qismində bu il keçiriləcək Beynəlxalq Festivala dəvət etməsini qərara alıb.
Həmçinin cənab səfir 2015-ci ildən Şarm Əl-Şeyx və Qəbələ şəhərlərinin qardaşlaşmış səhərlər olduğunu, noyabr ayının 8-dən etibarən Şarm əl-Şeyx və Bakı arasında birbaşa uçuşların təşkil ediləcəyini, habelə Misir və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin gözə çarpan dərəcədə inkişafından məmnunluq duyduğunu bildirib.
banner

Oxşar Xəbərlər