• cümə, 19 Aprel, 04:18
  • Baku Bakı 18°C

Mişel Platini Azərbaycana gəlir

18.09.13 09:31 1194
Mişel Platini Azərbaycana gəlir
Apasport.az saytının məlumatına görə, səfər çərçivəsində Avropa futbol qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək.
AFFA-nın növbəti layihəsi olan bu təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Qeyd edək ki, Xorvatiyanın Dubrovniki şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək. AFFA tərəfindən bu məqsədlə namizədliyi irəli sürülən Bakının da sifarişinə Xorvatiyada baxılacaq.
banner

Oxşar Xəbərlər