• cümə, 19 Aprel, 03:31
  • Baku Bakı 18°C

Mirzə Şəfi Vazehin saytı hazırlanıb

14.05.14 11:52 1106
Mirzə Şəfi Vazehin saytı hazırlanıb
“3w.mirzashafi.az” saytı 7 bölmədən ibarət olacaq. Saytda M. Ş. Vazehin həyat və yaradıcılığı, hikmətli sözləri, xələfləri və sələfləri haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, sayta daxil olmaqla şairin yaratdığı “Divani hikmət” məclisi haqqında məlumat əldə etmək mümkün olacaq.
Musiqi bölməsində M. Ş. Vazehin şeirlərinə bəstələnmiş musiqilərin notları yerləşdiriləcək. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin yaratdığı sayt Azərbaycan, ingilis, fransız və alman dillərində fəaliyyət göstərəcək./apa/
banner

Oxşar Xəbərlər