• şənbə, 20 Aprel, 02:18
  • Baku Bakı 15°C

Mir Cəlalın 106 illiyi qeyd olunub - Bişkekdə

02.05.14 09:57 1390
Mir Cəlalın 106 illiyi qeyd olunub - Bişkekdə
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Bişkek şəhər Mərkəzi Kitabxanalar Sisteminin birgə təşkil etdiyi tədbirdə Bişkek şəhər Şurasının deputatları, Mədəniyyət və Turizm İdarəsinin, Qırğızıstan Dövlət Kitab Palatasının rəhbərləri, tanınmış ictimai xadimlər, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Mərasimdə Mir Cəlalın Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunmuş və ayrıca kitab şəklində nəşr edilmiş "Bir gəncin manifesti" əsərinin təqdimatı da keçirilib.
Bişkek şəhər Mərkəzi Kitabxanalar Sisteminin direktoru Gülsayra Dandıbayeva, Bişkek şəhər Şurasının deputatı Alimbay Sariyev, Bişkek şəhər Mədəniyyət və Turizm İdarəsinin direktoru Marlen Rakişev, Qırğızıstandakı Xəzər İctimai Birliyinin sədri Ziyəddin Hüseynov, Qırğızıstandakı Azərbaycan diasporunun fəalları və başqaları çıxış edərək vətənpərvərlik ruhunda yazılmış əsərin Qırğızıstan oxucuları arasında rəğbət qazanacağını deyiblər. Daha sonra Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Mir Cəlalın həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib.
Tədbir Bişkek şəhər Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının ifası ilə davam edib. Sonda təqdimatı keçirilmiş qırğız dilində olan "Bir gəncin manifesti" kitabı iştirakçılara hədiyyə edilib.
banner

Oxşar Xəbərlər