• cümə axşamı, 28 mart, 20:33
  • Baku Bakı 13°C

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı Türkiyədə çap olunub

30.08.17 17:40 4139
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı Türkiyədə çap olunub
Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” romanı Türkiyədə çap olunub.

APA-nın məlumatına görə, kitabMədəniyyət və Turizm Nazirliyitərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə başlanılan "Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsi çərçivəsində nəşr edilib.

Azərbaycan əsilli şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi roman "Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında işıq üzü görüb.

Bu günə qədər layihə əsasında Yusif Vəzir Çəmənzəminlinin "Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” və Yusif Səmədoğlunun "Qətl günü” əsərləri türkiyəli kitabsevərlərə təqdim olunub.
banner

Oxşar Xəbərlər