Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü ilə bağlı tədbir keçirilib - Fotolar – Video
Gəncədə görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110-cu
ildönümü ilə bağlı tədbir keçirilib.
Gəncədə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə elm xadimi, alim,
pedaqoq Mir Cəlal Paşayevin Gəncədəki ev muzeyində yubiley tədbiri təşkil
olunub.
Tədbirdə Gəncə şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının
Hüquq kafedrasının müdiri, professor İbrahim Quliyev, şəhər ziyalıları və KİV
nümayəndələri iştirak ediblər. Elmar Vəliyev görkəmli elm xadimi, professor Mir
Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, onun bədii və
elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var.
İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini
öz nəsr əsərləri ilə daha da zənginləşdirib. Bildirib ki, onun ədəbiyyat nəzəriyyəsinə
dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan
filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri”mizə
dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər”
mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı”, "Cəlil Məmmədquluzadə
realizmi haqqında” və s. bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl
və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.
Professor İbrahim Quliyev isə
bildirib ki, Əməkdar elm xadimi 1928-ci ildən ədəbi fəaliyyətə başlayıb.
"Kommunist” qəzetində şöbə müdiri, "Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan
Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olub
(1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyyət
göstərib. Tədbirdə vurğulanıb ki, Mir CəlalPaşayev 1928-ci ildən ədəbi fəaliyyətə
başlayıb. "Kommunist” qəzetində şöbə müdiri, "Gənc işçi” qəzetində məsul katib,
həm də Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
elmi işçi olmuşdur. Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən
professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri
olmuşdur. Sonda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera
Orkestri və solistləri musiqi proqramı ilə çıxış edib.
Yubiley tədbirində Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında
"Mir Cəlal” ədəbi –bədii kompazisiya nümayiş etdirilib.