• cümə, 29 Mart, 02:08
  • Baku Bakı 7°C

Tahir Mirkişili: “Miqyaslı qəzalar təbii fəlakətlərlə bir ölçülür”

05.07.18 17:04 741
Tahir Mirkişili: “Miqyaslı qəzalar təbii fəlakətlərlə bir ölçülür”
"Biz artıq texnoloji cəmiyyətdə yaşayırıq. Elektrik enerjisi, istilik, telekommunikasiya sahələrini təbiət qanunauyğunluqları ilə bir sıraya qoyulur və buna görə də bu sahələr baş verən miqyaslı qəzalar təbii fəlakətlərlə bir ölçülür”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib. Millət vəkili qeyd edib ki, miqyaslı elektrik şəbəkəsi qəzaları dünyada 2000-ci ildən başlayaraq intensiv xarakter almağa başlayıb. Onun sözlərinə görə, 2003-cü ildə ABŞ-ın bütün şimal-şərq regionunda baş verən "Böyük bləkaut” hadisəsi miqyasına və vurduğu ziyana görə təbii fəlakət sayıldı.
İqtisadçı deputat T.Mirkişili elektrik şəbəkəsi "çökməsi”nin bir sıra səbəblərini də diqqətə çatdırıb: "Ümumi olaraq onlar: artıq yüklənmə, resursların çatışmazlığı, texniki qəzalar və insan amilidir. Miqyaslı elektrik qəzaları dünyada artıq yalnız texniki hadisə kimi deyil, siyası və sosial risklər daşıyan fəlakət kimi qəbul olunmaqdadır. Beynəlxalq hesablamalara görə elektrik enerjisinin kəsilməsi zamanı orta hesabla ev təsərrüfatları 1 saatda 8.67 manata, kiçik və orta sahibkarlıq subyektləri 1 saatda 110 manata, iri sahibkarlıq subyektləri isə 30 266 manata qədər gəlir itirirlər. Azərbaycan son illərdə enerji potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Bizim enrji potensialımız artıq 6400 meqavata bərabərdir. Bu isə ölkəni elektrik enerjisi ilə təmin etməkdə heç bir çətinliyin olmamasını göstərir. Mingəçevir İstilik Elektrik Stansiyasına baş vermiş hadisə miqyasına görə çox böyükdür. Bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyanı da böyükdür. Qəzanın səbəbləri ölkə Prezidenti tərəfindən yaradılmış komissiya tərəfindən araşdırılır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın baş vermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standardlara tam əməl olunmama mövcuddur. Dövlət Başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımı tədbirlərin görülməsini təmin edəcəkdir. Miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur. Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi”.
banner

Oxşar Xəbərlər