• cümə, 26 Aprel, 15:21
  • Baku Bakı 23°C

Miqrasiya Xidmətinin əməkdaşları Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

10.05.18 17:00 557
Miqrasiya Xidmətinin əməkdaşları Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Bu münasibətilə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri xiyabana gələrək Ulu öndərin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər. Xalq, dövlət qarşısında misilsiz tarixi xidmətləri, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində və milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində müstəsna rolu olan əbədiyaşar liderə və onun ideyalarına ehtiramlarını bildiriblər.

banner

Oxşar Xəbərlər