• cümə, 19 Aprel, 12:58
  • Baku Bakı 25°C

Miqrasiya Xidmətində Belçika səfiri ilə görüş olub

25.11.16 16:42 920
Miqrasiya Xidmətində Belçika səfiri ilə görüş olub
Noyabrın 25-dә Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufs ilә görüşüb. Xidmət rəisiqonağıölkәmizәsәfir tәyin olunması münasibәtilә tәbrik edib, Azәrbaycan­la Belçika әlaqәlәrinin inkişafı sahәsindә hәyata keçirilәn tәdbirlәrdәn danışıb. Ölkələrimiz arasında ticarət, sərmayələr, təhsil və digər sahələrdə mövcud olan əlaqələrə toxunulub və münasibətlərin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialınolduğuna diqqət çəkilib.
Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində "bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və milli miqrasiya qanunvericiliyi barədə geniş məlumat verilib. Əcnəbilər üçün ölkəmizdə yaradılan şərait haqqında ölkəyə təşrif buyuran xarici ölkə vətəndaşlarının, eləcə də vətəndaşlığı olmayan şəxslərin respublikada olma və yaşamaları ilə əlaqədar həyata keçirilmiş institusional və təşkilati işlərin səmərəli nəticələri barədə ətraflı söhbət açılıb.
Xidmət rəisi Azərbaycanda əcnəbi iş adamlarına səmərəli fəaliyyət üçün mühüm imkanlar yaradıldığını vurğulayıb. F.Nəbiyev bildirib ki, Miqrasiya Məcəlləsində də Azərbaycana investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazləri ilə bağlı məsələlər kifayət qədər sadələşdirilib. Bu da əcnəbilərin Azərbaycanda iş qurmaları üçün yeni imkanlar açıb. Xidmət rəisi belçikalı iş adamlarının bu imkanlardan istifadə etdiyinə toxunub, Belçika şirkətlərinin Azərbaycandakı fəaliyyətini və uğurlu təcrübəsini qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən Bert Skufs ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. Diplomat ölkəmizin və Bakının gözəlliyinin, həmçinin xalqımızın səmimiliyinin onu valeh etdiyini deyib. Səfir miqrasiya idarəetməsi sahəsində Azərbaycanda vahid qurumun fəaliyət göstərməsini, eyni zamanda bu sahədə bir normalar məcmusunun - Miqrasiya Məcəlləsinin olmasını təqdir edib. Fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışacağını, ölkәlәrimiz arasında bütün sahələrdə, o cümlədən miqrasiya sahəsində də әlaqәlәrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə, həmçinin miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər