• cümə, 29 Mart, 14:20
  • Baku Bakı 14°C

Miqrantların təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyası üzrə müzakirə keçirilib

19.06.17 14:35 1149
Miqrantların təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyası üzrə müzakirə keçirilib
BakıdaBMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi tərəfindən "Miqrantların təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakta daxil edilməsinə dair milli müzakirələr” adlı tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə BMqT-nin məsləhətçisi Klaus Folden, BMqT-nin Azərbqaycan nümayəndəsi Serhan Aktoprak, BMqT-nin Vyanada yerləşən Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin regional miqrasiya səhiyyəsi üzrə məsləhətçisi Hayme F. Kalderon, BMqT-nin Azərbaycanda layihə koordinatoru Müşfiq Eminov və digərləri iştirak ediblər.
Tədbirdə kompakt barədə məlumat verilib. Bildirilib ki, bu, miqrasiyanın zərurət deyil, təhlükəsiz, nizamlı və tənzimlənən vsaitələrlə həyata keçirilən azad seçim olduğu, miqrasiyanın fərdlər, cəmiyyətlər və dövlətlər üçün müsbət nəticələr yaradacaq şəkildə yaxşı idarə edilən bir proses olduğu bir dünyanın qurulması istiqamətində tarixi imkan vəd edir.
Təqdimatda slaydlar üzrə kompaktın təsnifatı da verilib.
banner

Oxşar Xəbərlər