• cümə, 29 Mart, 14:39
  • Baku Bakı 14°C

Miqrantların “ölüm gəmisi” Venesiyada incəsənət yarmarkasında nümayiş etdirilir

13.05.19 11:00 620
Miqrantların “ölüm gəmisi” Venesiyada incəsənət yarmarkasında nümayiş etdirilir
Venesiya Biennalesinin incəsənət yarmarkasında Aralıq dənizində qəzaya uğrayan miqrant gəmisi nümayiş etdirilir.
AZƏRTACxəbər verir ki, göyərtəsində təxminən min miqrantın olduğu mavi-qırmızı rəngli balıqçı gəmisi 2015-ci il aprelin 18-dən 19-na keçən gecə ona köməyə gələn Portuqaliyaya məxsus yük gəmisi ilə toqquşub. Həmin qəza nəticəsində 900-dək insan həlak olub. Yük gəmisinin ekipajı miqrantlara kömək etməyə çalışsalar da, gəmi dərhal batıb və yalnız 28 nəfərin həyatını xilas etmək mümkün olub.
banner

Oxşar Xəbərlər