• cümə, 26 Aprel, 05:17
  • Baku Bakı 16°C

Minskdə “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək

29.11.16 09:36 646
Minskdə “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək
Noyabrın 29-da Minskdə Ukraynada münaqişənin nizamlanması üzrə "Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşü keçiriləcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus xarici işlər idarəsinin nümayəndəsi bildirib.
Sergey Lavrov, Frank-Valter Ştaynmayer, Jan-Mark Eyro və Pavel Klimkin arasında keçiriləcək danışıqların gündəliyi açıqlanmır.
Xatırladaq ki, oktyabrın 19-da Berlində "Normand dördlüyü” liderlərinin görüşü baş tutub. Almaniya kansleri Anqela Merkel, Fransa prezidentiFransua Olland, Rusiya prezidentiVladimir Putinvə Ukraynanın dövlət başçısıPyotr Poroşenkoarasında danışıqlar keçirilib. Tərəflər Donbas üçün "yol xəritəsinin” tezliklə hazırlanması, sənəd üzərində işi xarici işlər nazirlikləri səviyyəsində aparılmasına dair razılığa gəliblər.
banner

Oxşar Xəbərlər