• cümə axşamı, 28 mart, 13:54
  • Baku Bakı 16°C

Minsk və Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsi II Avropa oyunlarının keçirilməsinə dair müqavilə imzalayıb

01.09.17 19:00 1017
Minsk və Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsi II Avropa oyunlarının keçirilməsinə dair müqavilə imzalayıb
Minsk və Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi II Avropa oyunlarının 2019-cu ildə keçirilməsinə dair müqavilə imzalayıb.
"Report"un "BELTA"ya istinadən verdiyi xəbərə görə, sənədi Minsk şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets, AOK-un prezidentinin səlahiyyətlərini icra edən Yanez Koçiançiç, həmçinin Belarus və Avropanın digər idman rəsmiləri imzalayıb.
Yarış proqramına 15 idman növü daxil edilib. Buraya badminton, 3×3 basketbol, boks, güləş, velosiped idman növü, gimnastika, cüdo, karate, yüngül atletika, stolüstü tennis, çimərlik futbolu və s. daxildir.
Atletlər Minskdə 23 idman növü üzrə 189 mükafat dəsti uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, ilk Avropa oyunları 2015-ci ilin 12-28 iyun tarixlərindəBakıda keçirilib.
banner

Oxşar Xəbərlər