• cümə, 29 Mart, 01:47
  • Baku Bakı 7°C

Minsk qrupu prezidentlərin növbəti görüşünü hazırlayır

20.11.13 13:50 1267
Minsk qrupu prezidentlərin növbəti görüşünü hazırlayır
"Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayır"
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib:
"Hər dəfə dövlət başçıları əlaqələri və anlaşmanı yaxşılaşdırmaq üçün görüşürlər və biz bunu çox müsbət hesab edirik".
Səfir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti görüşü hazırlayırlar: "Düşünürəm ki, iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dialoqa yeni təkan verilir və biz bunu çox dəstəkləyirik. Həmsədr kimi Fransa münaqişənin nizamlanması üzrə görüşlərin uğurlu olması üçün məsuliyyət hiss edir".
Diplomat qeyd edib ki, Fransa münaqişə tərəfləri arasında təmasları, o cümlədən vətəndaş cəmiyyəti səviyyəsində əlaqələri dəstəkləyir. O, noyabrın 28-29-da Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün keçiriləcəyini söyləyib. Görüşün yekunları əsasında birgə bəyannamənin imzalanması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər