AZE | RUS | ENG |

"Minsk qrupu həmsədrlərinin son bəyənatı məhz Ermənistana ünvanlanıb"

ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında əks olunan fikirlərin bir qismi Azərbaycanın da mövqeyini əks etdirir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib: "Azərbaycan hesab edir ki, bu bəyanat məhz Ermənistana ünvanlanmış bəyanatdır. Həmin bəyanatda bir daha aydın ifadə olunur ki, danışıqlar prosesi ilə bağlı hər hansı şərtin irəli sürülməsi və yaxud danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlər qəbuledilməzdir, danışıqlar olduğu formatda davam etdirilməlidir”.

Şöbə müdirinin sözlərinə görə, danışıqlar olduğu formatda davam etdirilməlidir: "Həmçinin danışıqlar prosesi getdiyi bir halda prosesin nəticələri barədə hər hansı bir aqressiv ritorika əsasında fikirlərin söylənilməsi də qəbuledilən yanaşma deyil. Bununla bərabər, biz burada münaqişənin mərhələli həlli ilə əlaqədar olan prinsipləri də qeyd etmiş olarıq ki, burada da əsas məqamlardan biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin ora qayıtması, təhlükəsizliyin təmin edilməsi kimi tədbirlərdir ki, bunların da fundamental əsasını məhz Helsinki Yekun Aktı təşkil edir və Helsinki Yekun Aktında da xalqların öz müqəddaratını təyinetmə və ərazi bütövlüyü məsələlərinin bir-birinə münasibətdə hansı əsaslarla həyata keçirilməsi də aydın ifadə olunub. Belə ki, xalqların öz müqəddaratını təyinetmə prinsipi heç bir halda dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir”.

H.Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırdır və bu da yenə də Helsinki Yekun Aktının əsas prinsiplərinə istinad olunmalıdır.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779