• cümə, 29 Mart, 13:34
  • Baku Bakı 14°C

"Minsk-2019" II Avropa Oyunları 100-dən çox ölkədə yayımlanacaq

26.01.19 19:15 777
"Minsk-2019" II Avropa Oyunları 100-dən çox ölkədə yayımlanacaq
"Minsk-2019" II Avropa Oyunlarını120-dən çox ölkədə izləmək mümkün olacaq.
"Report"un Avropa Olimpiya Komitələrinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq İdman Yayımı (ISB) Oyunların yayımı üçün100-dən çox telekanalla razılığa gəldiyini açıqlayıb.
Anlaşma əldə olunanların çoxunun Avropanın aparıcı telekanalları olduğu bildirilir. Ümumilikdə, "Minsk-2019" üçün106ölkədən500milyon potensial tamaşaçının olacağı vurğulanıb.
ISB Oyunlardan, təqribən,500saat yayım həyata keçirəcək. Bura gündəlik yarışların geniş canlı yayımı ilə yanaşı, əsas hadisələrin yayım paketi də daxildir. Qurum açılış və bağlanış mərasimlərini də ekranlara gətirəcək.
Qeyd edək ki, Belarus paytaxtında 21 - 30 iyunda keçiriləcək II Avropa Oyunlarına15növ üzrə5000-dən çox idmançı qatılacaq.9növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.4növ üzrə mübarizə isə həm də rəsmi Avropa çempionatı sayılacaq. Kişilər91, qadınlar89yarışda iştirak edəcəklər. Daha21yarış isə qarışıq olacaq.
banner

Oxşar Xəbərlər