• çərşənbə, 24 Aprel, 13:06
  • Baku Bakı 27°C

Minimum əmək haqqının məbləği ilə bağlı məsləhətləşmələrə başlanılır

06.06.20 23:00 682
Minimum əmək haqqının məbləği ilə bağlı məsləhətləşmələrə başlanılır
Bu yaxınlarda Avropa Həmkarlar İttifaqları Konfederasiyası Avropa siyasi institutları, ilk növbədə Avropa Komissiyası qarşısında pandemiya dövründə az gəlirli insanların əsas ehtiyaclarının təmin olunmasına dair təşəbbüslə çıxış edib.
AZƏRTACxəbər verir ki, bu çağırışa səs verən Avropa rəsmiləri yoxsul vətəndaşların ən vacib problemlərinin tezliklə həll edilməsi üçün ictimai təşkilatlarla bir sıra sınaq məsləhətləşmələri aparıblar.
İqtisadiyyatın bərpa edilməsi üçün şəraitin yaradılması, əmək haqqı aşağı olan şəxslərin alıcılıq qabiliyyətinin stimullaşdırılması bu məsləhətləşmələrin əsasını təşkil edir.
Məsləhətləşmələr bir sıra Avropa ölkələrinin işsizlər üçün də zəmanətli minimum gəlirin müəyyənləşdirilməsi ilə bağlı qərara gəlməsindən sonra başlayıb. Buna baxmayaraq, Brüsselin hələlik bütün ölkələr üçün vahid minimum əmək haqqının təyin edilməsinə dair planı yoxdur. Üstəlik, Avropa İttifaqı ölkələri arasında minimum əmək haqları çox fərqlidir. Məsələn, Bolqarıstanda bu rəqəm 286 avroya, Lüksemburqda isə 2000 avroya bərabərdir.
Məsləhətləşmələrin yayın sonunadək davam edəcəyi güman edilir. Lakin, bütün Avropa Birliyi üçün əmək haqqının minimum həddinin qəti surətdə təyin olunması pandemiya səbəbindən uzun çəkə bilər.
banner

Oxşar Xəbərlər