• çərşənbə axşamı, 19 mart, 09:33
  • Baku Bakı 8°C

Minikitablara tələb artıb

28.05.18 12:30 1694
Minikitablara tələb artıb
Türkiyənin köklü nəşriyyatlarından "Can Yayınları” ilin əvvəlindən kitab daşımaq dərdindən şikayətlənən və kitab ölçülərinin mütaliəyə mane olduğunu bəhanə gətirənlər üçün yeni bir format təklif etdi – minikitablar. Lap əvvəldən kitabların silsilə şəklində olacağı bildirilsə də, nəşriyyatın əlavə xərc tələb edən bu formata sadəcə sınaq məqsədilə keçdiyi məlum idi. Lakin ardı-arası kəsilməyən silsilənin ilk kitablarının təkrar nəşrinin satış göstəriciləri nəşriyyatı həqiqətən də sözünün arxasında durmağa vadar edib. Belə ki, "Can yayınları”ndan yayılan rəsmi məlumatda, tezliklə rəflərdə yerini tutacaq yeni kitabların siyahısı paylaşılıb.
Minikitab dünyada bir müddət geniş yayılmış, lakin kütləviləşə bilməmiş bir formatdır. Oxunması və daşınması daha rahat bir dizayndadır. Bu kitabların tərtibatında istifadə olunan kağızı bütün dünya Hollandiyadan alır. Bu xüsusi növ kağızlarla hazırlanan kitablar normal kitabların çəkisindən 3 dəfə az olur. Səhifələri sıradan kitablarla müqayisədə daha ağdır və arxa tərəfdəki səhifənin yazılarını əks etdirmir. Bu isə ictimai nəqliyyatda mütaliə edərkən ürəkbulanmanı aradan qaldırır. Hətta min səhifəlik kitabı belə cibinizdə rahat gəzdirə bilərsiniz.
İlin əvvəlində minlərlə oxucunu 18 türk və dünya klassiki ilə birləşdirən bu yeni formatın siyahısına yeni əlavələrlə kitab sayı 55-ə çatıb. Artıq may ayından Türkiyədə kitab mağazalarında kassaların yanında xüsusi stenddə satılacaq kitablar – Şarlotta Bronte "Ceyn Eyr”, Emili Bronte "Uğultulu təpələr”, Mixail Bulqakov "Master və Marqerita”, Çarlz Dikenz "Böyük ümidlər”, Markez "100 ilin tənhalığı”, Viktor Hüqo "Notr-Dam kilsəsinin qozbeli”, Nikos Kazançakis "Günaha son çağırış”, Cek London "Martin İden”, Stefan Zveyq "Tanımadığım qadının məktubu və üç hekayə”.
Yay aylarında işıq üzü görəcək nümunələrin müəllifləri arasında Mark Tven, Corc Oruel, Ceyn Austen, Ursula Le Quin, Stefen Kinq, JRR Tolkien, Maria Varqas Lyosa kimi sevilən imzalar da yer alacaq.
banner

Oxşar Xəbərlər