• cümə, 29 Mart, 17:31
  • Baku Bakı 14°C

Minik maşını traktorla toqquşdu, ölən və yaralanan var

26.07.13 11:30 1239
Minik maşını traktorla toqquşdu, ölən və yaralanan var
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 25-də saat 22.45 radələrində Suraxanı rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Seyidəli Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşını yolu kənarında dayanan üzərində dövlət qeydiyyat nişanları olmayan traktora vurub. Nəticədə sürücünün həyat yoldaşı Rəhiməxanım hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər