• çərşənbə axşamı, 23 aprel, 22:27
  • Baku Bakı 20°C

Minik maşını dərəyə aşdı, ölən və yaralananlar var

18.06.13 08:21 1222
Minik maşını dərəyə aşdı, ölən və yaralananlar var
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Topçu kəndində vətəndaşa məxsus "Nissan XTrail" markalı minik avtomobili dərəyə yuvarlanıb.
Nəticədə avtomobildə olan sərnişin, 1951-ci il təvəllüdlü Məlikov Məzahir Almaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobilin sahibi və avtomobildəki sərnişinlər müxtəlif bədən xəsarətləri alıb.
Ölən və yaralananlar yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
banner

Oxşar Xəbərlər