• cümə, 29 Mart, 16:09
  • Baku Bakı 14°C

Minik avtomobili KamAZ-a çırpılıb, bir ailənin 3 üzvü ölüb

31.07.18 20:18 533
Minik avtomobili KamAZ-a çırpılıb, bir ailənin 3 üzvü ölüb
Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Bakı-Qazax avtomobil yolunun , rayonun Qarasukəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsindəminik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub.Qəza zamanı xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində həlak olan və xəsarət alanlar bir ailənin üzvü olub.

Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər