• çərşənbə axşamı, 19 mart, 09:18
  • Baku Bakı 8°C

Mingəçevirdə reyd zamanı 34 sürücü cərimələnib

17.11.17 20:04 3099
Mingəçevirdə reyd zamanı 34 sürücü cərimələnib
Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi növbəti reyd keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir MəsimovAPA-nın yerli bürosuna bildirib ki, reyd zamanı sərnişindaşıma sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib, habelə polis əməkdaşlarına tabe olmayan sürücülər aşkarlanıb.

Onlara qarşı protokollar tərtib olunub.

Mingəçevir şəhər Polis şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, 2 saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyddə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə, eləcə də avtomobillərdə görməni məhdudlaşdıran qara plyonkadan və pərdədən hələ də istifadə edən 18 sürücüyə protokol tərtib olunub.

Mütəmadi təşkil olunan reydlərdə əsas məqsəd sərnişindaşımada xidmətin keyfiyyətini yüksəltməkdir. Qeyd edək ki, reyd zamanı polisə müqavimət göstərən məsuliyyətsiz sürücülər də olub. Yol polisi əməkdaşlarının qayda pozan və qəza vəziyyəti yaradan sürücülərə qarşı reydi mütəmadi olaraq davam edəcək.
banner

Oxşar Xəbərlər