• cümə axşamı, 25 aprel, 02:30
  • Baku Bakı 19°C

Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub

24.09.17 11:45 1355
Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub
Ötən gecə Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 34 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan eyvanın divarı 3 m2 sahədə qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər