• şənbə, 27 Aprel, 01:48
  • Baku Bakı 14°C

Mingəçevirdə baş verən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar açıqlanıb

03.05.17 14:25 1397
Mingəçevirdə baş verən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar açıqlanıb
Mingəçevir şəhərində amansızlıqla törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.APA-nın yerli bürosunun xəbərinə görə, yas mərasimində mərhumun bacısı Gülşən bacısına həyat yoldaşı tərəfindən 25 bıçaq zərbəsi vurulduğunu deyib: "Kənan bacımın bədənini uşaqlarının gözü qarşısında bıçaqla deşik-deşik edib və sonra balta ilə başını kəsib”.
O, hadisə zamanı bacısının baldızı və qayınanasının da evdə olduğunu bildirib. Onun sözlərinə görə, bacısının qaynanası Nailə Əzizova uzun illərdi ki, şəhərdə sələmçiliklə məşğul olur: "Qayınanası Güneli dəfələrlə ayrı-ayrı adamların evinə göndərərək onlara sələmlə verdiyi pulların faizini yığdırıb. Bacım isə həmişə qayınanasına və ərinə deyirdi ki, haram pul yeməkdən bezmişəm. Onların evində həmişə dava-dalaş olurdu. Öyrəndik ki, dünən bacım sələmlə verilən pulların faizinin yığılması üçün qayınanasının göndərişinə məhəl qoymayıb. Günel daha pul yığmaq üçün heç yerə getməyəcəyini deyib. Bu səbəbdən də onların evində söz-söhbət düşüb və bacım inadından dönmədiyi üçün onu öldürüblər. Mən dünən axşam bacımgilə hal-əhval tutmağa zəng etdim, eşitdim ki, əri, baldızı və qaynanası birlikdə bacımı öldürüblər”.
Mərhumun anası Xumar xanım qətlin bir yox, 3 nəfər tərəfindən törədildiyini təsdiqlənməsi üçün meyitin müayinə edilməsini istəyib.
banner

Oxşar Xəbərlər