• cümə, 29 Mart, 16:39
  • Baku Bakı 14°C

Mingəçevir Teatrında repertuardan kənar tamaşa oynanılacaq

04.07.14 13:33 1472
Mingəçevir Teatrında repertuardan kənar tamaşa oynanılacaq
Mingəçevir Dövlət Dram Teatrı İyulun 15-də “Ər və arvad” tamaşası ilə mövsümü bağlayacaq. “Kaspi”-yə danışan teatrın truppa rəhbəri Elşən Məmmədov yeni mövsümdə tamaşaçılarını sevindirəcəyini dedi: “Yeni mövsümdə ilk olaraq balaca tamaşaçılarımızı sevindirəcəyik. Belə ki, sentyabrdan etibarən teatrımızın səhnəsində əməkdar incəsənət xadimi rejissor Bəhrəm Osmanov “Qırmızı papaq”, əməkdar artist Loğman Kərimov isə “Qaraca qız” tamaşasına quruluş verəcək”.
Elşən Məmmədov onu da əlavə etdi ki, hazırda teatrın səhnəsində Seyfəddin Dağlının “Oyun bitdi” komediyasına quruluş verir. Sözügedən tamaşa İyulun 13-də Mingəçevir tamaşaçılarının ixtiyarına veriləcək. Teatrın aktyorlarının da rol aldığı bu tamaşa repertuara daxil edilməyəcək.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər