• çərşənbə, 24 Aprel, 11:48
  • Baku Bakı 13°C

Mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub

11.04.19 13:00 569
Mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 1000-dən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindənAZƏRTAC-a verilən məlumata görə, onların 181 nəfərını qadınlar, 352 nəfərini əlliliyi olan şəxslər, 26 nəfərini şəhid ailəsi üzvləri, 261 nəfərini məcburi köçkünlər və 67 nəfərini gənclər təşkil edir.
Hazırda proqrama cəlb olunanlar üçün təlimlər keçirilir. Təlimlər zamanı onlara biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlar öyrədilir. Yekunda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.
Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.
banner

Oxşar Xəbərlər