• cümə, 29 Mart, 16:09
  • Baku Bakı 14°C

Minaaxtaranlarımız Gürcüstanda tuneli minadan təmizləyəcəklər

13.12.13 14:29 1316
Minaaxtaranlarımız Gürcüstanda tuneli minadan təmizləyəcəklər
Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib.
N. İsmayılovun sözlərinə görə, Gürcüstanda 2008-ci il müharibəsi zamanı ruslar tərəfindən dağın altında yerləşən bir tunel partladılıb, əraziyə çox sayda döyüş sursatı səpələnib.
Digər layihə isə Gürcüstanda milli mina təmizləmə potensialının yaradılmasına dəstək və həyata keçirilən işlərin qiymətləndirilməsi ilə bağlıdır.
«Gürcüstan bununla bağlı NATO-ya kömək üçün müraciət edib. Öz növbəsində, NATO tərəfi bizdən bu layihələrin həyata keçirilməsinə dəstək verməyinizi istəyir», - deyə ANAMA direktoru vurğulayıb.
N. İsmayılov qeyd edib ki, yaxın vaxtlarda Gürcüstandan 6 nəfərlik nümayəndə heyətinin təlim məqsədilə Azərbaycana səfəri olacaq.
Qeyd edək ki, ANAMA 2011-ci ildə NATO-nun Təchizat Agentliyinin Gürcüstan Müdafiə Nazirliyinin minaaxtaran heyətinin hazırlanması məqsədi ilə elan etdiyi tenderin qalibi olub. Həmin layihə üzrə ANAMA-nın Beynəlxalq Təlim Mərkəzində Gürcüstan Müdafiə Nazirliyi üçün 60 minaaxtaran hazırlanıb.
banner

Oxşar Xəbərlər