• cümə, 19 Aprel, 11:23
  • Baku Bakı 13°C

Min illərin tarixini yaşadan qədim Naxçıvan abidələr diyarıdır

19.04.21 21:45 1557
Min illərin tarixini yaşadan qədim Naxçıvan abidələr diyarıdır
Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən məkan kimi tanınıb. Diyarımızın ərazisindəki mağaralar, qalalar, yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimliyini göstərir.
Kaspi.az xəbər verir ki, bu sözləri AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.
Naxçıvan bəşəriyyətin əsas sivilizasiya mərkəzlərindən biri olub
Vəli Baxşəliyev bildirib ki, Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olmasını elmi və tarixi əsaslarla təsdiq etməklə xalqımızın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyət nümunələrini bu günə daşıyan əvəzsiz tarixi abidədir. Gəmiqaya daşları üzərində həkk olunmuş müxtəlif kompozisiyalı təsvirlər, həndəsi işarələr, piktoqrafik yazılar əcdadlarımızın dünyagörüşünün və təsəvvürlərinin, yaşam tərzinin tariximizin minilliklərin dərinliyindən bu günə çatdırılması baxımından dəyərli mənbələrdir. Naxçıvan ərazisində mövcud olan Qazma mağarası, "Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xaraba Gilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə başqa abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır.
"Son illərin araşdırması göstərir ki, Naxçıvan bəşəriyyətin əsas sivilizasiya mərkəzlərindən biri olub. Muxtar respublikanın ərazisi müxtəlif dövrlərə aid maddi mədəniyyət abidələri ilə zəngindir. Diyarımızın bolsulu çayları, münbit torpaqları, əlverişli coğrafi mövqeyi, metal və qeyri-metal yataqları qədim əkinçi-maldar tayfaların bu ərazidə erkən məskunlaşmasını təmin edib. Bu ərazidə hələ Daş dövründən məskunlaşma olub, qədim əkinçilik mədəniyyətlərinin əsası qoyulub. Araşdırmalar təsdiq еdir ki, Nахçıvаnın indiki əhаlisi min illər bundаn əvvəl bu ərаzidə məskən sаlаn qədim tаyfаlаrın vаrisləridir”, - deyən AMEA-nın müxbir üzvü diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamına uyğun olaraq Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində mühüm mərhələnin əsası qoyulub, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Аbidələrin həm qеydə аlınmаsındа, həm də tədqiqində bеynəlхаlq еkspеdisiyаlаrın üzvləri də iştirаk еdib. Аmerika Birləşmiş Ştatlarının Cоrciyа Univеrsitеtinin əməkdаşlаrı ilə I Kültəpə, II Kültəpə, I Mахtа Kültəpəsi, Ovçular təpəsi, Naxçıvantəpə Uçan Ağıl, Oğlanqala, Qızqala və digər abidələrdə qаzıntılаr аpаrılıb, Аrpаçаy vаdisində оlаn tаriх və mədəniyyət аbidələri müştərək аrаşdırmаlаrlа öyrənilib. Аrаşdırmаlаrın nəticələri ilə bаğlı хüsusi intеrnеt sаytı yаrаdılıb və bu sаytlardа Nахçıvаnın tarix və mədəniyyət аbidələri hаqqındа məlumаt vеrilib. 2017-ci ildə aşkar olunaraq tədqiq edilməyə başlanılan Naxçıvantəpə yaşayış yeri qədim mədəniyyətimizin, o cümlədən Naxçıvan şəhərinin tarixinin öyrənilməsi üçün önəmli nəticələr verib. Аzərbaycan Milli Еlmlər Аkademiyası Nахçıvаn Bölməsinin Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə birlikdə аpаrdığı аrаşdırmаlаr zаmаnı dünyа və ölkə əhəmiyyətli аrхеоlоji аbidələr, kitаbələr, mеmаrlıq аbidələri, о cümlədən оnlаrlа hаmаm, körpü və məscidlər qеydə аlınıb. Bu аbidələr sırasındа Şərur rаyоnundа qеydə аlınаn II Qız qаlаsı, Bаbək rаyоnunun Buzqоv kəndi yахınlığındа аşkаr оlunаn Еrkən Tunc dövrünə аid Hоvuzlu yаşаyış yеri, Kəngərli rаyоnunun Qаrаbаğlаr kəndi yахınlığındа yеrləşən I Bəzəkli, II Bəzəkli, Çаlхаnqаlа kəndi yахınlığındаkı Qırmızıdаş qаlаlаrı, Оrdubаd rаyоnunun Bist və Ələhi kəndlərindəki körpüləri göstərmək оlаr.
Son illər Naxçıvanda 70-dən çox abidə bərpa edilərək Azərbaycan xalqına qaytarılıb
Abidələrin təkcə tarixin yaddaşı və yadigarları deyil, həm də maddi mədəniyyət nümunələri olduğunu vurğulayan Vəli Baxşəliyev qeyd edib ki, bu baxımdan onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Son illər qədim diyarımızda 70-dən artıq abidəyə ikinci həyat verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə "Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə "Culfa rayonundakı "Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə "Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü bərpa olunub. Ötən il Naxçıvan şəhərində yerləşən XII əsrə aid Yusif Küseyir oğlu türbəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə əsaslı şəkildə bərpa edilib. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa olunaraq istifadəyə verilib.
Abidələrimizin tədqiqi və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində ardıcıl tədbirlər görülür
AMEA-nın müxbir üzvü deyib: "Abidələrimizin tədqiqi və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə "Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə "Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə "Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə "Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpozium və konfransların keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparılmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan verib, beşminillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilib. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. Dövlət qayğısının nəticəsidir ki, 2011-2019-cu illərdə Naxçıvan Muxtar Respublikası ərazisində 9 arxeoloji ekspedisiya, o cümlədən iki beynəlxalq ekspedisiya işləyib. Tədqiqat işlərinin nəticələri "Tüba-Ar”, "Anatolia Antiqua”, "Rossiy­skaya arxeoloqiya”, "İranica Antiqva” və sair kimi beynəlxalq əhəmiyyətli jurnallarda dərc edilib. "Tüba-Ar” beynəlxalq dərgisində və Fransanın 16-dan artıq kütləvi informasiya vasitələrinin məlumatlarında Duzdağ dünyanın ən qədim duz mədəni kimi tanıdılıb”.
Muxtar respublikamızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görüldüyün diqqətə çatdıran Vəli Baxşəliyev bildirib ki, 2008-ci ildə "Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan "Naxçıvan tarixi atlası”, "Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, "Naxçıvanda arxeoloji tədqiqatlar”, "Naxçıvan tarixi” çoxcildliyi, "Gülüstan türbəsi”, "Əlincəqala”, "Qarabağlar türbəsi”, "Naxçıvan imamzadələri”, "Naxçıvan hamamları”, "Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, "Naxçıvan – türk-islam mədəniyyəti abidələri” və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin ardıcıllığını göstərir. 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Naxçıvandakı türk-islam mədəniyyəti abidələri ilə bağlı mühüm işlər görülüb, "Naxçıvan buzxanaları”, "Naxçıvan hamamları”, "Naxçıvan türbələri” və digər kitablar nəşr edilib, "Naxçıvan: türk-islam mədəniyyəti” televiziya filmi çəkilib.
Nахçıvаn Yахın Şərqdə mеydаnа gələn bir çох mədəniyyətlərin bеşiyidir
"Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır”, - deyən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev vurğulayıb ki, muхtаr rеspublikаnın ərаzisi müхtəlif dövrlərə аid tаriх və mədəniyyət аbidələri ilə zəngindir. Nахçıvаn Yахın Şərqdə mеydаnа çıхаn bir çох mədəniyyətlərin, о cümlədən Dalmatəpə, Kür-Аrаz və Bоyаlı qаblаr mədəniyyətinin bеşiyidir. Bu аbidələr Аzərbаycаn türklərinin qədim dövrdən Nахçıvаnın yеrli əhаlisi оlduğunu təsdiq еdən əvəzеdilməz mаddi mədəniyyət nümunələridir. Tаriх və mədəniyyət аbidələrinin tədqiqi аlimlərimizin, оnlаrın qоrunmаsı isə ümumхаlq işidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: "Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”. (Azərtac)
banner

Oxşar Xəbərlər