• cümə, 29 Mart, 15:04
  • Baku Bakı 14°C

“Mimino” filminə bəstələnən musiqinin müəllifi Qiya Kançeli vəfat edib

02.10.19 15:00 780
“Mimino” filminə bəstələnən musiqinin müəllifi Qiya Kançeli vəfat edib
Gürcüstanlı bəstəkar Qiya Kançeli uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib.
AZƏRTACInterfax informasiya agentliyinə istinadla xəbər verir ki, Qiya Kançeli Tbilisi xəstəxanalarının birində müalicə alırdı.
Bəstəkar təkcə operaları və simfonik əsərləri ilə deyil, həm də teatr tamaşalarına və aralarında "Mimino”, "Kin-dza-dza”, "Qəm yemə” kimi populyar filmlərə bəstələdiyi musiqiləri ilə də şöhrət qazanmışdı.
Qiya Kançeli 1935-ci ildə Tbilisidə anadan olub və orada konservatoriyanı bitirib. O, 1967-ci ildən 1986-cı ilə qədər yeddi simfoniya bəstələyib, 1991-ci ildən Almaniya və Niderlandda yaşayıb. SSRİ-nin Xalq artisti, Gürcüstanın Dövlət mükafatı laureatı idi.
banner

Oxşar Xəbərlər