• cümə axşamı, 25 aprel, 18:44
  • Baku Bakı 21°C

Miloş Zeman Çexiyadakı prezident seçkilərinin birinci turunun qalibi olub

13.01.18 21:41 671
Miloş Zeman Çexiyadakı prezident seçkilərinin birinci turunun qalibi olub
Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin birinci turunda liderliyi ələ keçirib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermənin seçki məntəqələrinin 95 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 39,1 faizi (1,87 mln. səs) Miloş Zemana etimad göstərib.
Qeyd edək ki, Çexiyada prezident seçkilərinin birinci turu 12-13 yanvar tarixlərində keçirilib.
Məlumata görə, ikinci tura həmçinin 26,3 faiz səslə (1,25 mln. səs) Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş adlayıb.
Səsvermədə seçici aktivliyi 61,6% təşkil edib.
Birinci turun yekun nəticələri MSK tərəfindən yaxın saatlarda elan ediləcək.
Prezident seçkilərinin ikinci turu 26-27 yanvar tarixlərində keçiriləcək.
banner

Oxşar Xəbərlər